Göyçayda tərəvəzçilik

Tarix: 30-5-2015 // saat: 22:29
 Göyçayda 30-dan artıq kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Bu iş rayonun Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır, Bəydövül, Yalman kəndlərində geniş yayılıb. Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Kəndlərdə faraş tərəvəzçiliyə daha erkən, yəni dekabr ayında başlanılır. Əvvəlcə kiçik istixanalarda pomidor toxumlarının səpini aparılır və xüsusi aqrotexniki qulluq göstərilərək yetişdirilən pomidor şitilləri fevral-mart aylarında böyük istixanalarda torpağa köçürülür. Kənd əməkçiləri məhsulu alıcılara elə öz həyətlərində satırlar. Pomidorun bir kiloqramı 1,5 manata, xiyarın bir kiloqramı isə 50 qəpiyə satılır. Ötən il rayonda istehsal olunan pomidor məhsulunun təxminən 50 faizi Rusiya bazarlarına göndərilib. Bu il də Bakıya və respublikanın digər rayonlarına, eləcə də Rusiyanın müxtəlif şəhərlərinə məhsul ixrac olunur. Qeyd edək ki, rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər. Ümumiyyətlə, istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir. Cari ildə Göyçayda 220 hektardan çox sahədə pomidor və xiyar yetişdirilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN