Kürdəmirdə Gənclər günü qeyd olunub

Tarix: 2-2-2016 // saat: 15:20
Rayonun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun iştirakı ilə 2 fevral ümumrespublika Gənclər Günü münasibətilə tədbir keçirilib.İlk öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzüblər.
Tədbirdə “Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir” mövzusunda Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Həsənov, ”Heydər Əliyev Gənclər siyasətinin banisidir” mövzusunda YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Daşqın Rüstəmov, “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda Elvin Qurbani, “Sağlam olkənin sağlam gəncliyi” mövzusunda Kurdəmir Mərkəzi Rayon Xəstəxanasının tibb işçisi İlahə Yusifova, ”Müasir təhsilimizdə gənc müəllimlərin rolu” mövzusunda Kurdəmir rayon Karrar qəsəbə tam orta məktəbinin gənc müəllimi Emil Cavadov çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdikləri vurğulanıb. Çıxışlarda xüsusilə vurğulanıb ki, Ulu Öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini bildirdi. 1994-cü il 26 iyulda Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət Başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.Bildiyimiz kimi Azərbaycan “2015- ci il ilk Avropa oyunları”na ev sahibliyi etdi. Bütün Avropa ölkələrinin qatıldığı bu yarışda Azərbaycan gəncləri, Azərbaycan idmançıları uğurla çıxış edərək, Azərbaycanın idman şərəfini daha da yüksəklərə ucaltdılar.Demək olar ki, bütün yarışlarda Dövlət Başçımız İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanin öz ailə üzvləri ilə birlikdə iştirakı bütün idmançılarımıza böyük ruh yüksəkliyi verdi,elə bunun bariz nümunəsidir ki, Azərbaycan yarışan çoxsaylı dövlətlərin içində məhz ikinci yeri qazandı.Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır.Ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir,minlərlə gənc liderlər yetişib.Ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər keçirirlər. Paytaxt və bölgələrdə gənclər üçün təşkil olunan “Gənc liderlər üçün yay və qış universitetləri”,ölkəmizin bütün bölgələrinə yeniyetmələr və gənclər üçün təşkil olunmuş ”Ölkəmizi tanıyaq”ekskursiya turları bu baxımdan çox böyük əhəmiyət daşıyır. Ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir. Bu təşkilatın istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan bir qrup rayon gənclərinə Partiya biletləri təqdim olunub və il boyu müxtəlif sahələr üzrə fərqlənən gənclərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN