İsmayıllı araşdırmaları elmi konfransı

 Ismayilli Rayon Icra Hakimiyyəti və  Ismayilli Dövlət Humanitar Və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə rayonun yaranmasının 85 illiyi ilə əlaqədar İsmayıllı araşdırmaları (İsmayıllı-85) elmi konfransı 06-07 may 2016-cı il tarixləri arasında İsmayıllı rayonunda keçiriləcəkdir.

Tarix: 8-4-2016 // saat: 13:08
Azərbaycanın ərazicə ən böyük rayonlarından biri olan İsmayıllı Dağlıq Şirvana daxil olub əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir, çox hissəsi dağlıq az hissəsi isə düzənlik və dağətəyi sahədir. İsmayıllı rayonu subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Orta əsrlər və qədim dövrlərə aid yeraltı və yerüstü abidələrin olması və onların tədqiqi göstərir ki, tarixi Şirvanın bir hissəsi olan bu bölgədə insan məskənlərinin minlərlə yaşı var.Hətta Albaniya ərazisində yaranmış Girdiman dövlətinin paytaxtının da bu ərazidə olmasını güman edənlər var. Bir çox tarixi hadisələrin izlərini yaşadan Girdiman qalası, Fit qalası, Qırxotaq,"Bədəvün", "Aşağı Ərəgit", "Yuxarı Ərəgit" məscidləri , Cavanşir qalası, e.ə.III-I əsrlər qədim yaşayış yeri,e.ə. I-V əsrlər yaşayış yeri və küp,təknə qəbirlər,e.ə.II-I əsrlərə aid qəbirstanlıq, Xan qalası , Xanagah Qız qalası, Qasımxan qalası, Гырхотаг və s.abidələr bu yerlərin tarixindən xəbər verir.
İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.01.2016-cı il tarixə 84892nəfərdir.Rayon 85 il bundan öncə - 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur.İsmayıllı rayonuənənəvixalqsənətləri ilə məşhurdur. Burada milli əsasla yanaşı, digər xalqların və etnik grupların təmsilciləri də yaşamaqla mutikultural dəyərlər qorunur. Rayon turizm baxımından çox perspektivlidir. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etdirilmişdir.
Ismayilli Rayon Icra Hakimiyyəti və  Ismayilli Dövlət Humanitar Və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə rayonun yaranmasının 85 illiyi ilə əlaqədar İsmayıllı araşdırmaları (İsmayıllı-85) elmi konfransı 06-07 may 2016-cı il tarixləri arasında İsmayıllı rayonunda keçiriləcəkdir.
Konfransda İsmayıllının tarixi, coğrafiyası, sosial-iqtisadi və mədəni həyatı, bölgədə turizmin inkişafı,ekoloji problemlər, xalq sənətinin inkişafı kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr keçiriləcəkdir.
Gələcəkdə İsmayıllının Azərbaycanın müxtəlif mədəniyyətlərin birləşdiyi, böyük sosial, iqtisadi və mədəni potensiala malik bir bölgəsi olaraq öyrənilməsinə zəmin hazırlanması planlaşdırılır.
Mövzu ilə maraqlanan mütəxəssis və araşdırıcıların bir araya gəlməsində rol oynayacaq bu konfrans yeni tədqiqatlara və elmi polemikalara yol açacaqdır.
Məruzələr iki gün boyunca təqdim olunacaq, üçüncü gün təşkil olunacaq bir səyahət ilə qonaqlara İsmayıllının tarixi və mədəni mirası tanıdılacaqdır. Konfransın ümumi mövzu çərçivəsinə uyğun olmaq şərti ilə  təklif ediləcək fərqli mövzular da qəbul ediləcəkdir.
Konfransa təqdim edilən məqalələrin tam mətnləri konfransdan sonra “İsmayıllı-85 İsmayıllı araşdırmaları” elmi konfrans kitabı olaraq çap etdiriləcəkdir.
Konfrans təqviminə uygun olarak məqalələrin konfransın koordinasiya bölməsinə çatdırılmasını gözləyirik.
Link burada:
http://idhtk.edu.az/page/konfrans
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN