Ziba Məmmədova "Bizə qoşul və xilas et!" deyir

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”-nin qalibləri sırasında olan "Bizə qoşul və xilas et!" adlı layihəsinin rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədova agsunews.az regional xəbər portalının suallarını cavablandırıb.

Tarix: 23-11-2017 // saat: 13:34
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”-nin qalibləri sırasında olan "Bizə qoşul və xilas et!" adlı layihəsinin rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədova agsunews.az regional xəbər portalının suallarını cavablandırıb.
Məktəbinizin tarixi haqqında qısa məlumat verərdiniz?
Mən Ziba Məmmədova Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin müəllimiyəm. Kəndoba kənd tam orta məktəbi ötən əsrin 70-ci illərində olduqca geniş tikilib və istifadəyə verilib. Məktəb 3 əsas korpusdan ibarətdir. Vaxtilə 4-5 kəndin birləşdiyi əsas məktəb olmuşdur. Hal-hazırda əsaslı təmirə ehtiyacı vardır. Məktəbimizin əvvəlki illərdə çoxlu nailiyyətləri olmuşdur.
 
Məktəbinizin adından fərdi olaraq Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi olmusunuz. Layihənizin məqsədi nədir?
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I qrant müsabiqəsində "Bizə qoşul və xilas et!" adlı layihəm qalib gəlmişdir. Layihəni işləməkdə məqsədim Ağsu rayonunda fəaliyyət göstərən orta ümümtəhsil məktəblərinin bir-biri ilə, həmçinin ictimai birliklərlə əməkdaşlığına nail olmaq və bu əməkdaşlıq sayəsində erkən evliliyin bioloji fəsadlarını öyrənərək müzakirə etmək, problemi diqqət mərkəzində saxlamaqla bu bəşəri bəla ilə mübarizə yollarının məktəblilərə öyrədilməsinə nail olmaqdır. Erkən evliliyin daha çox vüsət aldığı bölgələrdən biri də Ağsu rayonu olduğu üçün bu mövzunu işlənməyə daha çox ehtiyac vardır. Orta məktəb şagirdlərinin erkən evliliyin bioloji fəsadları barəsində tam məlumatları olarsa onlar problemin həlli istiqamətində görüləcək işlərə köməklik göstərə bilərlər. Ən azından erkən evlilik kimi bir bəlanın qurbanı olmaq riskindən uzaq olarlar. 
Müasir dünyamızın ən ağrılı bəlalarından biri olan erkən evliliyə qarşı mübarizəni orta məktəblərin yuxarı sinif şagirdlərinin maarifləndirilməsi ilə başlanılması problemin həllinə yardımçı olardı.
 
Layihənin qarşısında duran vəzifələr və hədəfiniz barədə nə deyə bilərsiniz?
Layihənin həyata keçirilməsinin sonunda Ağsu rayonunda Biologiya ixtisası üzrə çalışan həm gənc, həm də təcrübəli müəllimlərin şəbəkəsi yaradılacaqdır ki, bu da gələcəkdə həmin müəllimlərin çalışdıqları məktəblərdə erkən evlilik mövzusuna daha çox diqqət ayırmasına və müasir dünyamızın ən qlobal problemlərindən olan erkən evliliyə qarşı bir mübarizə tədbirinə çevriləcəkdir. Sözügedən mövzuda layihə iştirakçısı olmuş müəllimlər əlaqəli işləyəcəklər.  Erkən evliliyə qarşı məktəblərdən başlayan mübarizə tədbirləri isə bir ənənə halını alacaqdır. Mövzu ətrafında sıx birləşmək və birgə əməkdaşlıq nəticəsində əldə ediləcək nailiyyətlər  təhsil sahəsindəki, inteqrasiyanın azlığı və əməkdaşlığın zəif şəkildə olması kimi problemləri aradan qaldıracaqdır.
 
Layihə məktəblilərin dünyagörüşünün inkişafına və biliklərinin möhkəmləndirilməsinə necə təsir göstərəcək?
Şagird özünü dərk etdiyi ilk vaxtlardan gərək ümumbəşəri problemlərin varlığını və nədən qaynaqlandığını vaxtında bildirmək lazımdır. İnsanın özünü dərk etdiyi vaxtları isə təbiidir ki, orta məktəb illəridir. Orta məktəb illərində şagirdlərin dünyəvi sosial problemlər və onların kökündə dayanan məsələlərlə bağlı məlumat almaq və bunlara qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün həll yollarını öyrənmək kimi haqları vardır. Şagirdlərin dünyagörüşünün inkişafı və sosial biliklərinin təkmilləşdirilməsində layihəmizin əvəzsiz rolu olduğunu düşünürəm.
 
Layihə digər qurumlarla münasibətlər baxımından hansı imkanları yaradacaq?
Məktəblərin yerli icra orqanları və QHT-lərlə, mətbuatla sıx əməkdaşlığı, mətəblilər üçün təşkil ediləcək seminarlar və onların vaxtaşırı olaraq mətbuatda işıqlandırılması Təhsil sahəsinin digər qurumlarla əməkdaşlığın və həmçinin də məktəb, şagird və valideyn üçbucağının formalaşdırılması baxımından səmərəli olacaqdır. Təlimlərə valideynlərin cəlb edilməsi və onlarla da erkən evliliklərin bioloji fəsadları barəsində müzakirələrin aparılması işimizin əsas prinsiplərindəndir.
 
Layihənin davamlılığı haqqında nə düşünürsünüz?
Hədəf götürdüyümüz mövzunun daim aktualllığı, layihənin icra müddəti bitdikdən sonra da davamlı olacağına zəmin yaradır. Belə ki, Layihə bitdikdən sonra belə layihədə iştirak edən müəllimlərin vasitəsi ilə erkən evliliyin bioloji fəsadları barədə verilən məlumatlar, aparılan mübarizə tədbirləri ənənəvi olaraq davam etdiriləcəkdir. Həmçini də layihə barəsində vaxtraşırı olaraq mətbuatda məlumatlar dərc edilir ki, bu da layihənin davamlılığına zəmanət verir. Keçirdiyimiz təlimlərdə aparılan müzakirələr o qədər maraqlı olur ki, bəzən təyin etdiyimiz vaxtdan da bir qədər artıq müzakirələr aparılır və hər bir təlimin sonunda iştirakçılar sözügedən mövzuda yenə müzakirələrin aparılmasına ehtiyac olduğunu vurğulayırlar. Hətta məktəblilərdən yeni-yeni ideyalar, yeni fikirlər, yeni təkliflər də alırıq. İnşallah layihə öz işini yekunlaşdırdıqdan sonra da biz bu təklifləri nəzərə alaraq imkan daxilində görüşlər keçirəcəyik.
 

Məqaləyə olan münasibətinizi yazın : *

Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod

    Sayı : 1

  • Göndərən: Aygün 05-12-2017  |  11:53

    Layihənizi çox bəyənirik.Növbəti görüşünüz harada və nə vaxt olacaq.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN