Ərəbuşağı kəndi Ağsu rayon mərkəzindən 5 km cənubda, Ağsu çayı vadisində, şirvan düzündə yerləşir. 1824-cü ildə Ərəbuşağı kəndinin 16 ailəlik nüfusu olduğu məlumdur. Həmin dövrdə şirvan düzündə yerləşən əksər kəndlər kimi Ərəbuşağı kəndi də şirvan əyalətinin Xançoban mahalına daxil olmuşdur.Ərəbuşağı oykonimi ərəb və uşağı hissəciklərindən ibarətdir. VII əsrdə Azərbaycan ərazisini ələ keçirən ərəblər burada hərbi düşərgələrinə yanaşı, daimi yaşayış məskənləri də salmışlar. Ərəbuşağı oykonimi Azərbaycan ərazisindəki ərəb əndlərindən gələn nəsillərlə bağlıdır. Z.Bünyadov qeyd edir ki, ərəb etnonimi ilə bağlı oykonimlərin bəziləri ərəb kəndlərindən gələnlər hesabına yaranmışdır.Ərəbuşağı oykonimi də istisna deyil.