Şamaxıda payızlıq taxıl əkini sahələri ötən illə müqayisədə 1844 hektar artıb

Tarix: 22-12-2015 // saat: 14:12
Rayon statistika idarəsindən verilən məlumatda görə, gələn ilin məhsulu üçün rayonda 20 min 37 hektar sahədə taxıl əkilib. Əkinlər əlavə torpaq sahələri cəlb olunmaqla, ötən illə müqayisədə 10,1 faiz və ya 1844 hektar artıb. Bir sıra yerlərdə, o cümlədən daha çox səpin aparılan Göylər, Çarhan ərazi vahidlərində, Sabir qəsəbəsində kompaniya daha mütəşəkkil keçib.
Rayonda payız əkinlər üçün 100-dək şum traktorunun, 50-dən çox səpin aqreqatının və digər texnikanın qüvvəsindən istifadə edilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN