2015-ci ildə “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunan Şamaxı şəhərində “XVIII-XIX əsr Şamaxının ədəbi mühiti- ədəbi məclislər” mövzusundakı “dəyirmi masa”

Tarix: 21-12-2015 // saat: 22:54
“Dəyirmi masa”da “Beytüs-səfa” ədəbi məclisinə, muğam ustası ömür-Mahmud Ağaya, Şamaxının XVIII-XIX əsrlər ədəbi mühitinə dair çıxışlar dinlənilib. Çıxışlarda XVIII-XIX əsrlərdə Şamaxı ədəbi mühitinin formalaşmasında mühüm rolu olan görkəmli şəxsiyyətlər barəsində ətraflı danışılıb. Qeyd olunub ki, 1867-ci ildən S.Ə.Şirvaninin rəhbərlik etdiyi “Beytüs-səfa” ədəbi məclisi onun yaxın dostu Ələkbər bəyin təşəbbüsü ilə yaradılıb və 1892-ci ilədək fəaliyyət göstərib. Şamaxı ədəbi mühitin formalaşmasında S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət kimi görkəmli şairlərlə yanaşı, ədəbi ictimaiyyətə az məlum olan Bahar Şirvani, Bixud Şirvani, Ağa Məsi Şirvani, Nişat Şirvani, Mirzə Nəsrulla Bahar Şirvani, Məhəmməd Səfa, Mirzə Nəsrullah Didə, Molla Ağa Bixud, Ağəli Bəy Naseh barədə də məlumat verilib. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN