İsmayıllının Topçu kəndində “Kütləvi çıxarış” kompaniyası təşkil edilib

Tarix: 9-12-2015 // saat: 11:48
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 9-da İsmayıllı rayonunun Topçu kəndində “Kütləvi çıxarış” kampaniyası təşkil edib. Kampaniya çərçivəsində vətəndaşlara əvvəllər müxtəlif qurumlar tərəfindən verilən qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub.
Qeydiyyat xidmətlərini vətəndaşlara birbaşa, yerlərdə çatdırmaqla bu xidmətlərdən daha geniş əhali kütləsinin səmərəli istifadəsini təmin etmək məqsədi daşıyan kampaniyada 80 nəfərə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib, 30 nəfərədək vətəndaşdan ilkin mülkiyyət sənədi hazırlanmaq üçün qəbul edilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN