Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tarix: 14-12-2015 // saat: 11:36
Hadisə rayonun Mırtı kəndində qeydə alınıb. Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN