Göyçay rayonunda suvarma kanalından naməlum kişi meyidi tapılıb

Tarix: 13-12-2015 // saat: 11:34
Yuxarı Şirvan kanalının Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsindən, “Göyçay-1” Su Elektrik Stansiyasının yanından təxminən 55-60 yaşında olan kişi meyidi tapılıb. Elektrik stansiyasının işçiləri kanalda meyidin olması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Dərhal əraziyə baxış keçirən polis əməkdaşları suda boğulmuş vəziyyətdə üzərində zorakılıq əlamətləri olmayan kişinin meyidini çıxararaq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə veriblər. Onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb. Ekspertizanın rəyindən sonra onun ölümünün səbəbi məlum olacaq.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN