İsmayıllıda anım günü

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafında Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Tarix: 9-12-2015 // saat: 14:40
İsmayıllı rayon icra hakimiyyəti ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə “Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əzizə Vahabova açıb
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxılıb.
Təbii fəlakət nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH aparatının baş məsləhətçisi Murad Məhərrəmov,Topçu kənd tam orta məktəbin direktoru Xavər Allahverdiyeva, Təzəkənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov və təhsil işçisi Rəşid Məmmədov ümummilli liderin Azərbaycançılıq məfkurəsinə konkret istiqamətlərindən yanaşmaqla çıxış ediblər.
Rayon icra hakimiyyətinin başçısı, “Heydər Əliyev idarəetmə məktəbi”nin təsisçisi və rəhbəri Mirdaməd Sadıqov ətraflı nitq söyləyib. 
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş və dahi şəxsiyyətin xoşladığı mahnı və şeirlər ifa olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafında Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası da keçirilib.
Aksiyada rayon idarə və təşkilatlarının əmək kollektivləri iştirak ediblər. 2000-ə yaxın ağac əkilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN