İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

Tarix: 8-12-2015 // saat: 16:04
İsmayıllı Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
Rayon gənclər və idman idarəsinin, Olimpiya İdman Kompleksinin və “Gənclər-Antinarkomaniya” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 rayon və şəhər komandası iştirak edib. Çempionatda İsmayıllı rayonunun komandası birinci yerə çıxıb. Qəbələ və Mingəçevir komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Hər üç komanda mükafatlandırılıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN