Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tarix: 4-12-2015 // saat: 18:36
Hadisə ötən gün axşam saat 21:00 radələrində .Ağsu- Kürdəmir-İmişli yolunun 28-ci ilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Cəyli kənd sakini, 31 yaşlı Ceyhun Münasib oğlu İsmayılov idarə etdiyi 10 CM 585 dövlət nömrə nişanlı "Daewoo-Nexia" markalı minik maşını ilə yolu keçən piyada, rayonun Şıxımlı kənd sakini, 34 yaşlı Rəfael Cəbtaıl oğlu Quliyevi vurub.

Yaralı ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, R.Quliyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN