3 Dekabr Ümumdünya Əlilliyi olan İnsanlar Günüdür

Tarix: 3-12-2015 // saat: 15:41
UNESCO-nun əsas məqsədlərindən biri də əlilliyi olan şəxslərin təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya sahələrində hüquqlarının təsdiq olunması və qorunmasıdır. BMT sistemi təşkilatlarından biri kimi UNESCO öz səlahiyyəti çərçivəsində Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyası üzrə “Davamlı inkişafın ölçülməsi” proqramının icra olunmasına dəstək edir. Fiziki imkanları məhdud olan qadın və kişilərin sosial, siyasi və iqtisadi həyatın hər bir aspektinə tam şəkildə inteqrasiya olunması üçün konkret səylər göstərilib. Burada məqsəd həqiqi inklyuziv, pluralisitk, açıq və biliyə-əsaslanan dünya yaratmaqdır.
Dünya üzrə 80% fiziki imkanları məhdud olan şəxslər inkişaf etməkdə olan ölkələrdə yaşayır. Evdə-təhsil sisteminin üçdə bir hissəsini əlil uşaqlar təşkil edir və 2% -dən az bir hissə fiziki imkanları məhdud məktəbli isə məktəblərə gedir.
Bu kimi mühüm tarixlər dünyada fiziki imkanları məhdud şəxslərin çətinlikləri haqqında məlumatlılığı artırmaq baxımından çox əhəmiyyətlidir və biz bununla, həmin şəxslərin təhsil, informasiya, işlə təminolma, sağlamlıq və həyatın digər sahələrində imkanlarla təmin olunmasında dəyişiklik edə bilərik.
UNESCO bütün əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarını rahatlıqla tətbiq edə bilməsi, informasiya və texniki biliklərə yiyələnməsi və texnika əsrinin faydalarından yararlanması istiqamətində mühüm işlər görməkdədir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN