İsmayıllı və Evian-Le-Ba şəhərləri

Dekabrın 14–də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərliyi ilə nümayəndə heyəti Fransanın Evian–Le-Ba şəhərinə səfər edəcək. Səfər çərçivəsində İsmayıllı və Evian-Le-Ba şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanacaq.

Tarix: 3-12-2015 // saat: 01:03
Dekabrın 14–də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərliyi ilə nümayəndə heyəti Fransanın Evian–Le-Ba şəhərinə səfər edəcək. Səfər çərçivəsində İsmayıllı və Evian-Le-Ba şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanacaq.
Müvafiq beynəlxalq hüquqi qaydalara uyğun olaraq, xartiya hər iki şəhərdə imzalandıqdan sonra qüvvəyə minir.
Xatırladaq ki, 2015-ci ilin may ayında xartiya Evian-Le-Ba şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı İsmayıllıda imzalanıb.
 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
 
http://azertag.az/xeber/907471

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN