Göyçayda avtomobil qəzasında sürücü ağır xəsarət alıb

Tarix: 2-12-2015 // saat: 12:25
Göyçay rayonunda avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə ötən gün axşam saat 19:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 9-cu kilomerliyində, Çərəkə kəndi ərazisində qeydə alınıb. Ucar sakini 1997-cı il təvəllüdlü Abuzərov Karaman Həsən oğlu “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
İlkin versiyaya görə sürücünün idarə etməni itirməsi göstərilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN