Göyçayın Qaraməryəm kənd sakini, 1952-ci il təvəllüdlü Tağıyev İlyas Ağaməmməd oğlu idarə etdiyi 10-KH-253 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Avtomobil yoldan çıxaraq ağaca çırpılıb, daha sonra 2 metr dərinliyində çökəyə aşıb.
Sürücü İlyas Tağıyev və onun sərnişini, Qarayazı kənd sakini, 1978-ci il təvəllüdlü Xankişiyev Pərviz İdris oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.