Kənd həyat tərzinin inkişafında qadınların rolu

Noyabrın 25-də MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsu rayonunun Gəgəli kəndində həkim Fazil Cəlilov Mədəniyyət Evində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" mövzusunda layihə təşəbbüsü ətrafında müzakirələr keçirib. Müzakirələrə həmin kəndin toxuculuq ənənələrinə sahib olan qadın sakinləri qatılıb. 

Tarix: 25-11-2015 // saat: 23:39
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi son zamanlar kənd həyat tərzinin inkişafı istiqamətində bölgələrdə layihələr həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu istiqamətdə MİRAS İtimai Birliyinin təşəbbüslərini dəstəkləyib. Təmiz Kənd layihəsi belə uğurlu layihələrdən biri olub. Həmin layihə zamanı aparılan araşdırmalar kənd həyat tərzinin inkişafında geniş maarifləndirmə işlərinin yerini bir daha müəyyən edib. Bu məqsədlə, eləcə də ekspertlərin tövsiyəsi ilə kənd həyat tərzinin inkişaf etdirilməsində kənd qadınlarının rolunu artırmaq üçün yerli ənənə və dünya təcrübəsindən çıxış edərək fəaliyyətlər həyata keçirmək nəzərdə tutulub.
Noyabrın 25-də MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsu rayonunun Gəgəli kəndində həkim Fazil Cəlilov Mədəniyyət Evində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" mövzusunda layihə təşəbbüsü ətrafında müzakirələr keçirib. Müzakirələrə həmin kəndin toxuculuq ənənələrinə sahib olan qadın sakinləri qatılıb. 
Fariz Xəlilli Azərbaycanın zəngin mədəni irsi, toxuculuq ənənələri haqqında danışıb, kənd sakinlərinin palaz və lay adlandırılan xovsuz xalça toxuculuğu sahəsində ixtisaslaşdığını xatırladıb, ənənələrin itib getdiyini, nəsildən-nəsilə ötürülmədiyini və gələcəkdə bunun acı nəticələrinin olacağını qeyd edib. 
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev kənddə keçirilən Tərəkəmə Çərşənbəsi Folklor festivalını və Gəgəli sakinlərinin ənənələrə sadiq bir icma olduğunu xatırladıb, son zamanlar bu sahədə yaranan laqeydliyin qarşısının alınması üçün maarifləndirmə işlərinə böyük ehtiyac olduğunu deyib.
Təklif olunub ki, kənd qadınlarından ibarət Gəgəli kənd Qadınlar klubu yaradılsın, ənənəvi sənətkarlıq və asudə vaxtın səmərəli təşkili üçün qadınlar arasında maarifləndirmə işləri aparılsın. 
Fariz Xəlilli qeyd edib ki, Mədəniyyət evində uşaq və gənclərə palaz toxunması sahəsində məşğələlərin keçilməsi, yaddaşların yenilənməsi və ənənələrin davamlılığı üçün işlər başladılıb. Bu işlərə kənd sakinlərinin,  eləcə də yerli və paytaxt ziyalılarının dəstəyinin vacibliyini qeyd edib. 
Sonda Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin kitabxanasına MİRAS İctimai Birliyinin nəşrləri hədiyyə edilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN