Kürdəmir rayonunun daha 3 kəndi qazlaşdırıldı

Tarix: 24-11-2015 // saat: 12:02
Rayonun Qocalı kənd inzibati ərazi dairəsinin 115 abonent, 665 nəfər əhalisi olan Xəlsə kəndinə və 76 abonent və 478 nəfər əhalisi olan Axtaçı kəndinə təbii qazın verilişi təmin edildi. Bu gün Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 40 yaşayış məntəqəsi üzrə 15295 abonet təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 71.3 faizini təşkil edir Ərşəli kəndi artıq bizim 40-cı yaşayış məntəqəsidir ki, qazla təmin olunacaq. Rayonun Sor-Sor, Muradxan, Çöl Qubalı, Qocalı, Beyi, Carlı, Şilyan, Mollakənd, Türkədi, Sovla, Söyüdlər, Mehdili, Qoçulu, Dayıkazımlı, Xınıslı, Axtaçı-Qarabucaq, Quşlar və Pirili kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Bu da o deməkdir ki, hal-hazırda rayonun 18 yaşayış məntəqəsində bu işlər davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi ilin sonuna qədər təmin ediləcəkdir. 2015-ci ildə 18 kənd mavi yanacaqla təmin edilmişdir. Rayonda yalnız 4 kənd qalır ki, bunlar Qarasu, Qarabucaq qəsəbə, Qarabucaq kənd və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulub.Tədbirdə Kürdəmir rayon icra hakimiyyətinin Başçısı Ceyhun Cəfərov sakinləri təbrik edərək rayonda sosial-iqtisadi sahələrdə qazanılan uğurları dövlətimizin başçısının regionlara, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib. Qeyd edib ki, hazırda bütün yaşayış məntəqələrinin təbii qazla tam təminatı istiqamətində davamlı işlər görülür. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Agsu Regional Qaz İstismarı idarəsinin rəsi Eldar Səmədzadə iştirak edib. Kənd sakinləri ən ucqar kəndlərdə belə əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN