Kürdəmirin daha 3 kəndi təbii qazla təmin olundu

Tarix: 19-11-2015 // saat: 12:14
Bunlar Karrar qəsəbəsi, Yeni Şıxımlı kəndi və Mərərrəmli kəndləridir.Karrar qəsəbə inzibati ərazi dairəsinin 370 abonent və 2594 nəfər əhalisi olan Karrar qəsəbəsinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətlə təntənəli açılış mərasimi keçirilib. Kəndə təbii qazın verilməsi sakinlərin və qonaqların iştirakı ilə təntənəli mərasimlə qeyd edilib. Mərasimdə çıxış edən Kürdəmir rayon icra hakimiyyətinin Başçısı Ceyhun Cəfərov sakinləri təbrik edərək rayonda sosial-iqtisadi sahələrdə qazanılan uğurları dövlətimizin başçısının regionlara, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib. Qeyd edib ki, hazırda bütün yaşayış məntəqələrinin təbii qazla tam təminatı istiqamətində davamlı işlər görülür. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Agsu Regional Qaz İstismarı idarəsinin rəsi Eldar Səmədzadə iştirak etmişdir. Kənd sakinləri ən ucqar kəndlərdə belə əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.  

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN