“Uşaq zorakılığı-gəlin laqeyd qalmayaq!”

Tarix: 10-11-2015 // saat: 12:43
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 Oktyabr-20 noyabr tarixlərində Uşaq hüquqları aylığı çərçivəsində 06 Noyabr 2015-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında müxtəlif yaş qrupuna malik uşaqlarların iştirakı ilə “Uşaq zorakılığı-gəlin laqeyd qalmayaq!” adlı tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin təhlili və bu sahədə işin səmərəliyinin artılmasına dair fikir mübadiləsi idi.Mərkəzi kitabxananın Metodika şöbəsinin müdiri Məhbubə Əhmədova vurğulayıb ki,dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlara qarşı zorakılıq hələ də mövcuddur. Bu hallara daha çox regionlarda rast gəlinir. Bu məqsədlə bölgələrdə uşaq zorakılığına qarşı təlimlər, seminarlar keçirilir. Məktəblərdə, uşaq baxçalarında, habelə internat məktəblərində monitorinqlər aparılır. Bir çox rayonda uşaq və gənjlər üçün regional reablitasiya mərkəzləri yaradılıb.Çıxış edən Nazənəm salmanova və Yaqut Kərimli 19 May 1988-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, 20 Noyabr 1989-cu il tarixli “Uşaq hüquqları Konvensiyası” və 02 Aprel 2002 ci il tarixli”Uşaq hüquqları haqqında» BMT Konvensiyasının Fakultativ Protokoluna qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu haqqında uşaqlara ətraflı məlumat verdi.Əyani olaraq AZ.TV və ANS.TV-dən uşaq zorakılığı ilə bağlı videoçarx nümayiş etdirildi.Canlı dialoq şəklində keçən tədbirin sonunda uşaqlar eyniadlı kitab sərgisi ilə tanış oldular. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN