İsmayıllıda Dövlət Bayrağı Günü təntənəli mərasimlə qeyd olunub

Tarix: 7-11-2015 // saat: 12:22
Bayram mərasimində şagirdlər hərbi bacarıqlarını göstərib, rəsm həvəskarları dövlət rəmzlərinə dair əsərlərini nümayiş etdiriblər.
Əvvəlcə İsmayıllı şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Sonra hərbçilər musiqi sədaları altında dövlət bayrağı ilə meydana daxil olublar. Məktəblilərdən ibarət xor kollektivinin ifasında dövlət himni səsləndirilib.
Dövlət Bayrağı Günü münasibətilə mərasim iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov üçrəngli bayrağımızın tarixindən danışıb.
Təntənəli mərasimdə Azərbaycan bayrağına, ordumuza həsr olunan şerlər oxunub. Yüzədək yuxarı sinif şagirdi yiyələndikləri hərbi bacarıqlarını göstərib, rəsm həvəskarları dövlət rəmzlərinin təsvirini nümayiş etdiriblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN