İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsində iki nəfər ölüb

Tarix: 5-11-2015 // saat: 12:35
APA-nın verdiyi xəbərə görə hadisə noyabrın 4-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 171-ci kilometrliyində, İsmayıllının Əyyubbəyli kəndi ərazisində baş verib. 90-LM-047 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili qaranlıq vaxtı yolda dayanan traktora çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü Ağsu rayonu Pirhəsənli kənd sakini, 1986-cı il təvəllüdlü Kərimov Razi Arzulla oğlu və avtomobildə olan sərnişin, Qaraqoyunlu kənd sakini, 1970-ci il təvəllüdlü Əhmədov Elsevər Hacı oğlu qəzada ölüb.

 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN