Dədəli

Tarix: 9-12-2014 // saat: 09:33
Dədəli kəndi XIX əsrin ortalarında Şamaxı qəzasının Bərgüşad dairəsinə daxil olmuşdur.Yaşayış məntəqəsini keçmiş ərəbdədəli tayfasına mənsub ailələr qışlaq yerində salmışlar. Sonralar ərəb komponenti düşmüşdür.Dədəli oykonimi dədə - li hissəciklərindən ibarətdir. Dədə xalqımızın dünyagörüşünə görə ağsaqqal, hörmətli şəxslərə müraciət formasıdır. "Kitabi Dədə Qorqud" dastanından göründüyü kimi Dədə Qorqud bütün oğuzların hörmət etdiyi ağsaqqal şəxsdir. Həmin kənd hazırda Ərəbmehdibəy kəndi içərisində əriyib gedir.  

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN