İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri

Tarix: 5-11-2015 // saat: 12:13
Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Xətai Abbasov “uşaq hüquqları aylığı”nın mahiyyətindən danışıb. Hüququn ayrı-ayrı sahələri barəsində məlumat verən X.Abbasov çıxışını əsasən şagirdlərlə diskussiya şəklində qurub. İsmayıllı rayon prokurorunun köməkçisi Turxan Seyid Azərbaycanda hüquq-mühafizə sisteminin təşkilindən, hüquqi müdafiə mexanizmlərindən danışıb və bu sahədə uşaqların suallarını cavablandırıb. “İslamda uşaq hüquqları” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli geniş məlumat verdi və bu sahədə şagirdlərin suallarını cavablandırıb. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN