Göyçayda noyabr ayının 7-də onuncu nar bayramı keçiriləcək

Tarix: 5-11-2015 // saat: 11:40
Noyabır ayının 7-də Göyçayda 10-cu nar bayramı keçiriləcək.Bayramın keçirilməsi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb və bayrama hazırlıq işlərinə başlanıb. Göyçay rayon icra hakimiyyətinin xüsusi tədbirlər planına əsasən həyata keçirilən səliqə səhman, quruculuq abadlıq işləri şəhərin küçələrini, park və xiyabanlarını əhatə edir. Bu bayram öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənəcəkdir. Bayram tədbirində nara həsr olunmuş musiqi nömrələri, müxtəlif müsabiqələr, nar yarmarkası, rəngarəng sərgilər, milli folklorumuzun zəngin nümunələri, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri bayram iştirakçılarını heyran edəcəkdir. Nar bayramı bir ənənə halını almışdır. Bir çox diplomatik korpusların, nazirliklərin nümayəndələri , millət vəkilləri,bayrama dəvət olunub. Noyabr ayının 7-də keçiriləcək nar festivalının yüksək səviyyədə təşkili üçün təşkilatçılara, o cümlədən yerli icra nümayəndəliklərinə və bələdiyyə orqanlarına tövsiyyələr verilib.  

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN