Sazla yaşanan ömür

Tarix: 2-11-2015 // saat: 13:22
Ulu sənət:Xalqımızın tarixi qədər qədim, ulu sənətşünaslıq.Gündoğandan-günbatana yayılan, el-obanı vəcdə gətirən, ovsunlayan tərbiyələndirən söz-saz sənətidir aşıqlıq. Dədə Qorqud qopuzlu, Ustad Qurbani kəlamlı, Tufarqanlı Abbas naləli, Aşıq Ələsgər nəsihətli, Aşıq Şəmşir hazırcavablı.Aşıq şair avazlı, nəsildən-nəsilə kecən, yeni-yeni calarlarla zənginləşən, müdrükləşən coxcəhətli xalq sənətidir aşıqlıq.Mərhum professor,folklorşunas M.H Təhmasibin təbirincə desək,”Aşıq həm şair, həm bəstəkar, həm müğənni, həm calan, həm oynayan, həm aktyor,həm dastancı, həm aparıçı, həmdə rejissordur”. Xalqın həyatını, sevincini, kədərini düşüncələrini duyub əks etdirir,tamaşacılara catdırır aşıq.
Belə aşıqlardan biri də Ağsu rayon Mədəniyyət Mərkəzində metodist vəzifəsində işləyən Aşıq Məhəmməd Şirvanlıdır.İfa etdiyi şikəstələr,gəraylılar və müxəmməsləri xüsusi məharətlə oxuyur. 1971-ci ildən rayon Mədəniyyət evinin aşıqlar ansamblının üzvü olan aşıq el şənliklərində və rayon tədbirlərində fəal iştirak edir.Müxtəlif dövrlərdəUkraynada,Gürcüstanda,Dağıstanda və İran İslam respublikasında konsert proqramları ilə çıxış edib. 1991-ci ildə Flarmoniyada ,1992-ci ildə isə Heydər Əliyev sarayında solo konserti verib.Uzun müddət “Şirvan” Aşıqlar Birliyinin rəhbəri olub. Aşıq Amil,Aşıq Ziya,saz ifaçısı Ruslan Qasımov onun yetirmələridir..
2014-cü ildə rayon Mədəniyyət evinin metodisti Aşıq Məhəmməd Şirvanlı aşıqlıq sənətində səmərəli fəaliyyətinə görə Qeyri Hökumət Təşkilatı “Dədə Qorqud” fondunin təsis etdiyi “Dədə Qorqud” ordeni ilə mükafatlandırılmışdır.Həmin ildə o,II Beynəlxalq aşıqlar festivalının iştirakçısı olmuşdur.
Bu günlərdə Aşıq Məhəmməd Şirvanlı daha bir uğur qazanmışdır.O,aşıq sənətinin inkişafında və təbliğindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Əməkdar Mədəniyyət işçisi” medalına layiq görülmüşdür.Biz də onu təbrik edir və yaradıcılığında uğurlar arzulayırıq.

Mərkəzi kitabxananın işçisi Əzəmət Əliyev
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN