Ağsu rayonunda canavarlar yerli sakinlərə hücumu nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib

Tarix: 26-10-2015 // saat: 15:28
APA- nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saat 19:00 radələrində rayonun Padar və Növcü kəndləri arasındakı otlaq sahəsində baş verib.

Padar kənd sakini, 1981-ci il təvəllüdlü Bəhramov Behruz İsa oğlu və Növcü kəndində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Məhərrəmov İlham Amil oğlu otlaq sahəsindən qoyunları kəndə apararkən qəflətən canavarların hücumuna məruz qalıblar. Onlar boğaz və üz nahiyyəsindən xəsarət alıblar. Yaralılar qohumları tərəfindən Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın cərrahiyyə şöbəsindən bildiriblər ki, xəstələr əməliyyat olunub, onların vəziyyəti ağır olaraq qalır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN