Ismayıllıda “Mən seçiciyəm” layihəsi çərçivəsində tədbir

Tarix: 26-10-2015 // saat: 15:10
Azərbaycan Respublikasının Prezidenti yanında Gənlər Fondunun maliyyə dəstəyi ilə “Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” layihəsi çərçivəsində İsmayıllı rayonundan maarifləndirmə tədbiri keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzində ilk dəfə səs verəcək gənclərlə birgə reallaşıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin nümayəndələri, kollec və texniki peşə mərkəzinin tələbələri iştirak ediblər. RİHB-nin müavini Sevil Əhmədova iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb.
Ekspert Tamam Cəfərova layihənin məqsədi və əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb. Bildirib ki, əsas məqsəd ilk dəfə səs verən gənclərdə fəal vətəndaş mövqeyi, seçki prosesinə maraq formalaşdırmaq və gənc seçicilərin elektoral fəallığını artırmaqdır. İştirakçılara maarifləndirmə bukleti, liflət paylanıb.
Maraqlı və işgüzar şəraitdə keçən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verilib, xatirə şəkilləri çəkilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN