Çiyni

Tarix: 9-12-2014 // saat: 09:32
Çiyni - Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Çiyni XIX əsrin əvvəllərində şirvan əyalətinin Houz mahalına daxil olmuşdur. 1824-cü ilə aid mənbələrdə Çiyinli kəndi kimi qeyd olunur. Həmin dövrdə əhalisi 8 ailədən ibarət olmuşdur. Oykonim öz adında çiyni tayfasının adını əks etdirir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub olan çiyniləri Səfəvi şahı Təhmasib (1524-1576) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi.
Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir) 2 və 2 əsr yarıma yaxın tarixi vardır. Bu kəndin də Ağsu rayonunun inkişafında o, biri kəndlər kimi, çox böyük rolu var. Çiyni kəndi Ağsu Kürdəmir magistiral yolunun 12 km-liyində yoldan 5-6 km aralıda yerləşir. Kənd həmçinin öz milli adət-ənənələrin də saxlamaqda davam edir. Kəndin əsas təsərrüfat fəaliyyəti əkinçilik və maldarçılıqdan ibarətdir. Çiyni kəndində taxılçılıq, maldarlıq, tərəvəz və meyvəçilik geniş inkişaf etmişdir. Bunu da qeyd eləmək lazımdır ki, Çiyni kəndində sosial-iqtisadi inkişaf prosesi özünü kənd təsərrüfatında göstərmişdir. Buna misal olaraq kəndin ətrafında salınmış Nar və Üzüm bağlarını göstərmək olar. Çiyni kəndi getdikcə abadlaşır, gözəlləşir və işıqlanır. Bu da axır vaxtlar Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin göstərdiyi qayğıdan irəli gəlir. Çiyni kəndində təhsili təkmilləşdirmək üçün yeni salınmış Ümumtəhsil Orta Məktəb, dini adət-ənənələrmizi qoruyub saxlamaq məqsədi ilə Məscid də tikilmişdir. Həmçinin kəndin yolları yenidən asfaltlanıb yenidən kənd camaatının rahatçılığı üçün verilmişdir.Əhalisi 1100 nəfərdir, kənddə 220 ev var. Yeni məscid binası, məktəb, mədəniyyət evi, tibb məntəqəsi, park və uşaq baxğaçı salınıb.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN