Kürdəmirdə voleybol üzrə rayon birinciliyi başa çatıb

Tarix: 26-10-2015 // saat: 15:06
Atakişili kənd tam orta məktəbinin idman zalında Azərbaycan Respublikasının Müstəqilliyi Gününə həsr olunmuş idmanın voleybol növü üzrə ümumtəhsil müəsissələri arasında rayon birinciliyinə yekun vurulub.
Yarışda 128 nəfər olmaqla, 16 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Atakişili kənd tam orta məktəbin voleybol komandası birinci, şəhər 1 saylı tam orta məktəbin voleybol komandası ikinci yerə layiq görülüb.
Yarışın qalibləri Kürdəmir Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom , kubok və hədiyyələrlə təltif edilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN