Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda investisiya layihələrinin qəbuluna başlayır

Tarix: 21-10-2015 // saat: 14:51
Fonddan verilən məlumata görə, SKMF oktyabrın 15-də Şamaxı rayonunun Muğanlı kəndində işgüzar forum keçirib.

Sahibkarlardan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, üzümçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin) və pendir, ət kəsimi, şirniyyat məhsulları və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN