Kürdəmirin Beyi və Mehdili kəndlərinində yeni poçt binaları istifadəyə verilib

Tarix: 14-10-2015 // saat: 13:12
Ümumdünya Poçt Günü münasibətilə rayonun Beyi və Mehdili kəndlərinində müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş yeni poçt binaları istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirlərdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elnur Abbaszadə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından kənd sakinlərini salamlayıb və bu əlamətdar hadisə münasibətilə onlara təbriklərini çatdırıb.Elnur Abbaszadə sakinləri təbrik edərək diqqəti sentyabrın 17-də Prezident İlham Əliyevin Kürdəmirə səfərinə, bir sıra obyektlərin açılışını etdiyinə, tikinti-quruculuq, abadlıq işləri ilə yaxından tanış olduğuna yönəldib, bunu rayonun tarixində unudulmaz hadisə adlandırıb.
Kürdəmir rayon İcra Hakimiyyətinin Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Məmmədov, rayon Poçtamtının rəisi Əlimövsüm Ağayev və başqaları çıxış edərək ölkəmizin sürətli iqtisadi inkişafından danışmış, bütün sahələrdə olduğu kimi, rabitə sistemində də uğurlu nailiyyətlərin qazanıldığını diqqətə çatdırıblar.
Bildirilib ki, son illərdə rayonun kəndlərində 12 yeni poçt binası istifadəyə verilmişdir. Hazırda rayonda 26 poçt şöbəsi fəaliyyət göstərir. Yeni elektron avadanlıqla təchiz olunmuş poçt filialları xüsusi poçt xidmətlərini uğurla həyata keçirirlər.
Bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı poçtamtda pulların saxlanılması məqsədi ilə bunker tikilmiş, bütün kənd şöbələrinin “COLVİR” və “COMİS” sistemi ilə işləməsi üçün xətlər çəkilmiş, inventar və avadanlıqla təchiz edilib.
Kənd sakinləri onlara göstərilən xüsusi diqqət və qayğıyalara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş poçt binasında əhaliyə bank-maliyyə və rabitə xidmətləri göstəriləcəkdir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN