İsmayıllı müəllimləri bayrama yüksək nəticələrlə gəlirlər

Tarix: 6-10-2015 // saat: 14:02
 Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Qala ” şadlıq sarayında keçirilən Beynəlxalq Müəllim gününə İsmayıllı təhsil sistemi 11 nəfər “Əməkdar müəllim”, 22 nəfər “Ən yaxşı müəllim” və 20 “Ən yaxşı məktəblə” gəlmişdi. 11377 şagirdin təhsili ilə məşğul olan 1531 nəfər pedaqoji işçini təmsil edən 300 nəfər müəllim dövlət təhsil siyasətinin əsil təntənəsi olan bayram tədbirində iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbrin açılışında müəllimləri səmimiyyətlə təbrik etdi. Bildirdi ki, İsmayıllı müəllimləri ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi təhsil konsepsiyasının yaradıcılıqla davamında fəal iştirakları ilə fərqlənirlər. Nəticələr də özünü hər il yüksək səviyyədə göstərir. Tam orta məktəb məzunlarının 312 nəfəri bu il universitetlərə qəbul olunub. 20 nəfər 600-dən çox, 58 nəfər 500-600 arası bal toplayıb. Yaxşı haldır ki, qəbul zamanı rayonun ehtiyacı olan ixtisaslara və elmi tutumlu sahələrə üstünlük verilib. Biz təhsil bayramında hər bir yeni tələbənin qazandığı uğurları bu və digər formalı təltif və mükafatlarla təqdir edirik.
Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqla bildirdi ki, onun Sərəncamı ilə şəhər 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Humay Talıbova Əməkdar müəllim və lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Dadaş Əliyev “Tərəqqi” medalına layiq görülüb.
Rayonun müvəffəqiyyətli təhsil ənənələrini davam etdirən İsmayıllı müəllimləri artıq beynəlxalq münasibətlər qurmaqla dünyanın innovativ təhsil sisteminə inteqrasiya edirlər. Şəhər 1 saylı tam orta məktəb bu istiqamətli pedaqoji fəaliyyət üçün mərkəz rolunu oynayır.
RİH-nin başçısı çıxışının sonunda 10 nəfər qabaqcıl müəllimə fəxri fərman və pul mükafatlarını təqdim etdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova 60 yaşa çatıb, məktəblə vidalaşan bir qrup müəllimə hədiyyələr və təşəkkürnamələr təqdim etdi. Onlara möhkəm can sağlığı və ictimai fəaliyyətdə bundan sonra daha fəal iştirak arzuladı.
Müxtəlif nominasiyalarda qalib gələn müəllimləri təhsil veteranları Fərman Bəşirov və Valeh Salehov hədiyyələr və fəxri fərmanlarla təbrik etdilər.
Şəhər 2 saylı uşaq bağçasının körpələri bayram şənliyinə milli rəqs və mahnıları ilə yeni bir təntənə qatdılar. Rayon mədəniyyət və turizm şöbəsinin “Niyal” ansanbılı bayram tədbirinə mahnı və rəqslərlə xüsusi ovqat bəxş etdi.
Uzun illər pensiyada olub, rayonun ictimai həyatında fəal iştirak edən ibtidai sinif müəllimi Qureyiş Mikayılova diqqətə, qayğıya, hər bir Azərbaycan vətəndaşına zəngin həyat yaşatdığına görə Prezident İlham Əliyevə bütün İsmayıllı müəllimlərinin minnətdarlığını bildirdi.Rayonda gedən tikinti-abadlıq, mənəvi quruculuq,sosial-iqtisadi inkişaf sahələrində görülən işləri yüksək dəyərləndirdi.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN