Yaponiya mədəniyyət günləri İvanovka kəndində

Tarix: 6-10-2015 // saat: 14:00
 01-04 tarixlərdə İsmayıllıda keçirilən Yaponiya mədəniyyət günləri İvanovka kənd mədəniyyət evində yekunlaşdı. İlk olaraq qonaqları RİHB-nin müavini Sevil Əhmədova, İvanovka icra nümayəndəsi Olqa Jabina, Nikitin adına Kolxozun sədri, İvanovka kənd tam orta məktəbin direktoru Mixail Uryupin qarşılayıb. Yapon qonaqlar əvvəlcə II Dünya müharibəsi abidəsini ziyarət etdilər. Sonra onları İvanovka folklor qrupu duz çörəklə qarşılayıb. Tədbiri İvanovka İƏD üzrə nümayəndəsi Olqa Jabina açıb və qonaqları salamlayıb.Gündoğar ölkə ilə dostluq əlaqələrinin uzunömürlü olacağına ümid etdiyini bildirib. Sonda Yaponiyanın milli adət-ənənələrinə baxış sərgisi keçirilib. Tədbirdə iştirak edənlərdə geniş təsəvvür yaranıb.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN