İsmayıllıda etno-irs günləri

Tarix: 30-9-2015 // saat: 12:39
Gənclər və İdman Nazirliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə İsmayıllı rayonunun Heydər Əliyev Parkında tələbələrin iştirakı ilə etno-irs günləri keçirlib.
Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsi, tarixi, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi olub.
Tarixi və mədəni əhəmiyyəti olan layihənin icrası zamanı qonaqlar adət -ənənələrimiz və mədəni irsimizlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Belə ki, qonaq qismində qatılanlara milli və tətbiqi sənət nümunələri, əl işləri, milli mətbəximiz təqdim olunub.
Gənc aktyor və tələbələr Azərbaycan xalqının qədim rəqslərini, xalq oyunlarını və musiqisini etdirib və səsləndiriblər.
Tədbir rəngarəng və maraqlı keçib. Qonaqların adət ənənələrimiz və milli mətbəximizlə daha yaxından tanış olmaları üçün festival zamanı yeməklərimizin hazırlanma qaydaları onlara nümayiş olunub.
Bununla yanaşı, misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də sərgi şəklində təqdim olunub.
Festivalda 100 nəfərə yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonununda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edib.

 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN