Kürdəmirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Tarix: 8-9-2015 // saat: 10:53
Hadisə Bakı-Qazax əsas magistral yolunda qeydə alınıb.
“İsuzu” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində Sumqayıt şəhər sakini, 36 yaşlı Dünyamin Mürşid oğlu Seyidov və Şəki rayon sakini, 28 yaşlı Sakit Eyvaz oğlu Hüseynov müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN