İsmayıllıda “Təhsil” bayramı qeyd edilib

Tarix: 8-9-2015 // saat: 10:49
İsmayıllının təhsil işçiləri, rayon ictimaiyyəti təhsil sahəsində qazanılan uğurları, əldə olunan nailiyyətləri hər il “Bilik günü” öncəsi “Təhsil bayramı” ilə qeyd edir.
Rəsmi hissədə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, Baba Vəziroğlu, çıxış edərək ölkəmizdə aparılan uğurlu təhsil siyasəti, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, ölkə rəhbəri cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı, rayonda təhsil sahəsində qazanılan uğurlu nəticələr barədə danışdılar, İsmayıllı təhsilinin respublikada öncül fəaliyyətini diqqətə çatdırdılar.
Sonra ali məktəblərə qəbul olunmuş 600-dən çox bal toplanmış 20 abituriyent kompüter dəstələri, ali məktəblərə qəbul olunmuş 300-ə yaxın abituriyentə isə qiymətli hədiyyələr, RİH Başçısının təbrik məktubu verildi. Daha sonra ali məktəblərə qəbul olunmuş məzunların adları oxundu, onlar ictimaiyyətə və fəxri qonaqlara təqdim olundular.
Bayram şənliyi möhtəşəm konsert proqramı ilə yekunlaşdı.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN