Göyçay rayonunda fərdi yaşayış evi yanıb

Tarix: 25-8-2015 // saat: 14:58
Hadisə rayonun M. Ə. Rəsulzadə küçəsi, dalan 6, ev 2 ünvanındakı mənzildə qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədov Əli Əliağa oğluna məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin 20 kvadratmetrlik hissəsi yanıb, mənzilin qalan hissəsi alovdan xilas edilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN