Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Din və Demokratiya Mərkəzi” İctimai Birliyi “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı maarifçilik tədbirlərinin təşkili” layihəsi çərçivəsində İsmayıllı rayonun Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirib.
RİHB-nin müavini Sevil Əhmədova qonaqları salamlayaraq bildirib ki, dini maarifləndirmə işinin təşkili və aparılması, dövlətçilik prinsiplərinin təbliği, gənc nəslin zərərli təsirlərdən qorunması, milli-mənəvi dəyərlərə sadiq nümunəvi vətəndaş kimi tərbiyə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir və bu işdə qeyri-hökümət təşkilatlarının köməyindən də istifadə olunur.
Sonra Nəriman Qasımov bildirib ki, dinimiz sülh, sevgi dinidir: insanın haqq və azadlıqlarına hörmətlə yanaşmağı tövsiyə edir, düşmənçiliyə, işğalçılıq siyasətlərinə qarşıdır. Multikultiralizmin hər bir kəsin həyat tərzinə çevrilməyin və dövlət siyasətinin əsas prioritet məsələsi olduğunu da qeyd edib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkiltaının sədri Əzizə Vahabova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitik şöbəsinin rəhbəri, “Din və Demokratiya Mərkəzi” İctimai Birliyinin sədri Nəriman Qasımov, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Seminarda məsələ ətrafında geniş müzakirələr aparılıb, suallara aydınlıq gətirilib.