Kürdəmirin Çöl-Ərəb kəndinə təbii qaz verilib

Tarix: 13-8-2015 // saat: 11:43
Kəndin qazlaşdırılması üçün müxtəlif diametrli yerüstü polad borularla ümumilikdə 12 378 p/metr kəmər çəkilib. 113 fərdi yaşayış evinə “Elster G-4” tipli qaz sayğacı quraşdırılıb. Mənzillərin mətbəxlərinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.
Mərasimdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, rayon mərkəzi də daxil olmaqla 62 yaşayış məntəqəsindən 24 yaşayış məntəqəsi üzrə 12 152 abonet təbii qazdan istifadə edir. Rayonun Ərşəli, Karrar və Ərəbxana kəndlərində (cəmi abonentlərin sayı 829) artıq sayğaclaşma işləri başa çatdırılmış, abonentlərə mavı qazın verilməsi üçün son tamamlama işləri aparılır. Rayonun daha 17 yaşayış məntəqəsində qazlaşma işləri davam etdirilir. Belə ki, rayonun Ərəbqubalı, Öyləqulu, Məhərrəmli, Çərtəyəz, Sor-Sor, Muradxan, Muğanlı, Qaramahmudlu, Pirili, Köhünlü, Şüşün, Şilyan və sairə kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Bu qazlaşma başa çatdıqdan sonra rayonun əhalisinin 80 faizi qazla təmin ediləcəkdir.
Mərasimdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kəlbalayev sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi, tapşırıq və göstərişləri ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial layihələrdən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Mərasimdə çıxış edən kənd ağsaqqalı Məmməd Abışov, ziyalı Dilbər Qədirova və başqaları əhalinin sosial ehtiyaclarının ödənilməsinə göstərdiyi xüsusi diqqət və qayğılara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN