Məktəb təmir olunub

Tarix: 12-8-2015 // saat: 11:32
Qobustan rayonunda ən iri ümumtəhsil məktəbi olan 680 şagird yerlik şəhər 1 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və bərpa işləri başa çatdırılıb. İki mərtəbədən ibarət məktəb binasının dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr dəyişdirilib, sanitar-texniki qovşaq yenilənib, müasir tipli istilik sistemi qurulub.
Hər cür lazımi inventar və avadanlıqla təchiz olunan ümumtəhsil məktəbində geniş idman zalı yaradılıb, həyətdə idman meydançaları qurulub.
Məktəb binası yeni dərs ilində istifadəyə veriləcək.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN