Kürdəmirin daha iki kəndində yeni poçt binası

Tarix: 12-8-2015 // saat: 11:23
Kürdəmir rayonunun ucqar kəndlərindən olan Beyi kəndində yeni poçt binası artıq istifadəyə tam hazır vəziyyətə gətirilib. Mehdili kəndində isə, inşaat işləri davam etdirilir. Hər iki poçt binası yaxın vaxtlarda istifadəyə veriləcək.
“Azərpoçt” MMC-nin Kürdəmir poçt filialından verilən məlumata görə, Beyi və Mehdili kəndləri rayon mərkəzindən 40-50 kilometr məsafədə yerləşir. Hər iki yaşayış məntəqəsində sakinlərə poçt xidmətinin yüksək səviyyədə təşkili üçün müasir standartlar səviyyəsində bütün lazımi avadanlıqlarla təchiz ediləcək yeni binalar tikilir.
Qeyd edək ki, Beyi kəndinin 2700, Mehdili yaşayış məntəqəsinin isə, 3000 nəfərəcən sakini var.
Son iki ildə Kürdəmirdə 10 kənddə yeni poçt binası inşa olunub.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN