Kürdəmirdə “Azərbaycan Respublikasında sosial iqtisadi sahələrdə qadın hüquqlarının dəstəklənməsi və təşviqi" movzusunda konfrans keçirilib

Tarix: 5-8-2015 // saat: 10:28
Konfrans Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına dəstək məqsədi ilə “Azərbaycan Respublikasında sosial iqtisadi sahələrdə qadın hüquqlarının dəstəklənməsi və təşviqi" movzusunda keçirilıb. İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Respublikada və eləcədə Kürdəmir rayonunda həyata keçirilən sosial – iqtisadi proqramlardan, ölkə Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğılardan ətraflı danışıb.Sonra “Qadın ve Muasir Dunya” Mərkəzinin direktoru Südabə Şirəliyeva çıxış edərək başçılıq etdiyi təşkilatın Azərbaycanın 10 rayonunu əhatə edən layihənin məqsədindən, regionlarda sosial – iqtisadi sahələrdə, eyni zamnda orta və kiçik sahibkarlığın inkişafinda qadinlarin rolundan danişıb. Südabə Şirəliyeva qeyd edib ki, əsas məqsədin ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycanın əldə etdiyi və yeni inkişaf mərhələsinə qədəm qoyması, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, ölkəmizin daha da qüdrətlənməsi, əhalinin sosial rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq əhəmiyyətli iri layihələrin təşəbbüskarına və əsas iştirakçısına, dünyada nüfuzu gündən-günə artan dövlətə çevrilməsini region qadınları ılə müzakirə edib, əldə edilmiş nailiyyətləri təşviq etməkdir.
Mərkəzin gender məsələlələri üzrə eksperti Sevda Məmmədova region qadınlarının biznes bacarıqlarının artırilması üçün bəzi təkliflər irəli sürüb. Kürdəmir rayon qadınlarını maraqlandıran suallara cavab verib. Konfransın sonunda “Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva region qadınlarının arzu və istəklərinin, təkliflərinin Azərbaycanın dövlət orqanlarına və əlaqədar nazirliklərə çatdirilması üçün təkliflər paketini işlənib hazırıayacaqlarını bildirib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN