Ağsu rayonunda altı ayın yekunları müzakirə edilib

Tarix: 27-7-2015 // saat: 10:29
Cari ilin ilk altı ayında Ağsu rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 96 milyon 510 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,8 faiz çoxdur. Bu barədə rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan şura iclasında məlumat verilib.
Hesabat məruzəsində qeyd olunub ki, rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda dinamik inkişaf təmin edilib. Xüsusilə taxılçılıq sahəsində rekord nəticələr qazanılıb. Hər hektardan məhsuldarlıq 34,8 sentner olmaqla, zəmilərdən 116 min 786 ton taxıl biçilib. Ötən illə müqayisədə hər hektarın məhsuldarlığı 15,8 sentner artıb, 47 min 41 ton çox taxıl əldə edilib. Heyvandarlıq məhsulları da artıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.
Şura iclasında tikinti və abadlıq işlərinin geniş vüsət aldığı, yol infrastrukturunun yaxşılaşdırılması, kənd yaşayış məntəqələrinin təbii qazla təminatı sahəsində ardıcıl işlərin görüldüyü diqqətə çatdırılıb. Yarım ildə təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətlərində də bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN