Respublika “Məktəbli Kuboku”-na hazırlıq

Tarix: 24-7-2015 // saat: 10:18
Azərbaycan Velosiped İdman Federasiyası velosiped idman növünün təbliğ etmək, perspektivli idmançıların üzə çıxarılması və Respublika “Məktəbli Kuboku”- na hazırlıq məqsədi ilə 23 iyul 2015-ci il tarixdə rayonun Heydər Əliyev prospektində rayon məktəbliləri arasında velosiped yarışı keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak edib. Rayon Olimpiya İdman Kompleksinin idmançıları və 21 məktəb idmançısı arasında yarışa start verilib. Olimpiya və İdman Kompleksinin velosipedçisi 1-ci yer, Şəhər 6 saylı tam orta məktəbin velosipedçisi 2-ci yer və şəhər 1 saylı tam orta məktəbin təmsilçisi 3-cü yeri qazanıblar. Yer tutan idmançılar diplom, kubok və pul mükafatı ilə təltif olunublar.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN