Bu il Ağsuda 204 yeni iş yeri açılıb

Tarix: 20-7-2015 // saat: 11:09
Özəl sektorun inkişafına dövlət dəstəyi, yeni istehsal və sosial obyektlərin fəaliyyətə başlaması Ağsu rayonunda təzə iş yerlərinin açılmasına şərait yaradır. Rayon statistika idarəsindən verilən məlumata görə cari ilin birinci yarısında Ağsuda 204 yeni iş yeri açılıb. Açılan yeni iş yerlərindən 186-sı daimidir. Ümumiyyətlə, birinci Dövlət Proqramından bəri rayonda 10713 yeni iş yeri açılıb ki, bunun da 7161-i daimidir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN