Ağsu rayonunda meyvə yığımı davam edir

Tarix: 20-7-2015 // saat: 10:09
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, indiyədək rayon üzrə 1409 ton meyvə tədarük olunub. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 50 ton çoxdur. Rayonda yazlıq, ümumiyyətlə tez yetişən meyvələr, o cümlədən çiyələk, alça, ərik, şaftalı, göyəm yığılır. Bağlarda bol meyvə var. Sakinlər 2015-ci ili “meyvə ili” adlandırırlar. Əksər ərazilərdə, o cümlədən Növcü, Ərəbmehdibəy, Kəndoba, Bozavand, Dağlıq Kalva, Dilman və sair yerlərdə sakinlər bağlardan yüksək məhsul götürürlər. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN