Ağsu rayonunda bostan-tərəvəz məhsulları 2014-cü il ilə nisbətən 15-20 faiz artıb

Tarix: 17-7-2015 // saat: 11:00
Rayon statistika idarəsindən verilən məlumata görə təsərrüfatlarda indiyədək 2800 tondan çox tərəvəz, 220 tondan artıq bostan məhsulları, o cümlədən Ağsuda kənd təsərrüfatı üçün ənənəvi olan soğan, pomidor, xiyar, badımcan, bibər, sarımsaq, yemiş, qarpız və s istehsal olunub. Hazırda məhsul yığımı sürətlə davam etdirilir. Rayonun əksər ərazilərində, xüsusilə Padar, Növcü, Kəndoba, Cəlair, Rəhimli, Bozavand və digər bir sıra ərazi vahidlərində sakinlər bol bostan-tərəvəz məhsulları yetişdiriblər. Məhsul bolluğu bazarda qiymətlərin ötən aya nisbətən xeyli aşağı düşməsinə 35-45 faiz ucuzlaşmasına səbəb olub.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN