İsmayıllı abituriyentləri imtahanlara mütəşşəkil qaydada yola salınıblar

Tarix: 15-7-2015 // saat: 12:44
14 iyul 2015-ci il tarixində tam orta təhsil bazasından ali və orta ixtissas məktəblərinə hazırlaşan 250 abituriyent I və IV qrupun imtahanlarında iştirak etmək üçün İsmayıllı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə avtobuslarla mütəşəkkil qaydada Göyçay şəhərində test imtahanlarına yola salındıb.
Mərasimində iştirak edən rayon icra hakimiyyəti başçısının müavini, humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək abituriyentlərə uğurlar arzulayıb. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tələbə adını qazanmağa çalışan gənclərə xoş arzularını çatdırıb, son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. O bildirib ki, əvvəlki illərlə müqayisədə ötən il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstərib. Tələbə adını qazanan 21 gənc 600-dən yuxarı bal toplayıb. Bunlarıu ölkə başçısının təhsilə göstərdiyi tükənməz qayğısı və ardıcıl diqqətinin nəticəsi olaraq təqdim edib. Dövlət qayğısına görə valideyinlər ölkə başçısınına minnətdarlıq ediblər. Qeyd edək ki, dünən İsmayıllı ilə yanaş qonşu olan rayonlarda yaşayan abituriyentlər ı Göyçay rayonunda imtahan verib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN